SON ZƏNG

14 iyun tarixində məktəbdə möhtəşəm bir "SON ZƏNG" tədbiri keçirildi. Məktəbin illik Fəaliyyət planının 1.3.29-cu bəndinə uyğun olaraq məzunların doğma məktəblə vidalaşması məqsədilə keçirilən tədbirdə Sabunçu rayon prokurorluğunun nümayəndəsi, Kürdəxanı qəsəbə nümayəndəsi H.Qalayev, Bələdiyyə sədri A.Məsimov, məktəbin müəllim və şagird kollektivi, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak edirdi.Tədbirdə ibtidai sinif şagirdlərimiz və məzunlarımız bir-birindən maraqlı ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Məktəbin direktoru G.Rüstəmova, eyni zamanda tədbirdə qonaq qismində iştirak edən ictimaiyyətin nümayəndələri məzunları təbrik etdilər.