“Zəfər tarixi” adlı konfrans keçirildi

“Zəfər tarixi” konfranslarının keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-146 nömrəli əmrinə və Təhsil Nazirliyinin "2021/2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə" əmrinə uyğun olaraq mayın 27-də məktəbin akt zalında “Zəfər tarixi” konfransı keçirildi. Konfransda məktəbin tarix müəllimləri və məktəb rəhbərliyi, həmçinin 9-cu sinif şagirdləri iştirak etmişdir. İnteraktiv şəkildə və müzakirələr əsasında keçirilən konfrans 2 (iki) mərhələdə təşkil olunmuşdur. I mərhələdə məktəbin “Zəfər tarixi” fənnini tədris edən müəllimlər 9-cu sinif şagirdlərinə Zəfər tariximiz barədə tarixi məlumatları çatdırdı. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış oğullarımızın şagirdlər arasında tanıdılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədlərinə xidmət edən interaktiv dərs keçildi. Şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparılaraq, müzakirələr təşkil edildi. II mərhələdə məktəb rəhbərliyi və tarix müəllimlərinin iştirakı ilə konfrans təşkil edildi. Konfransda “Zəfər tarixi” fənninin tədrisi, şagirdlərin vətənpərvərlik tərbiyəsi istiqamətində görülən işlərin davamlılığı və s. istiqamətlərdə müzakirələr aparılaraq şagirdlərin təqdimatları və çıxışları dinlənildi. Sonda məktəbin direktoru G.Rüstəmova çıxış edərək şagirdlərə hərbi-vətənpərvərliyin əhəmiyyətindən danışdı.