" Ailə modellərinin uşağın ünsiyyət və davranışına təsiri" adlı seminar

26.05.2022-ci il tarixində "Ailəm və məktəbim" layihəsi çərçivəsində valideynləri əməkdaşlığa sövq etmək, onları maarifləndirmək məqsədi ilə "Ailə modellərinin uşağın ünsiyyət və davranışına təsiri" adlı seminar keçirilmişdir. Tədbir tərbiyə işləri üzrə direktor müavini X.Fərəcova, psixoloq R.Ağayeva təşkilatçılığı ilə keçirildi. Seminarda məktəbin rəhbər heyəti direktor G.Rüstəmova, təlim tərbiyə işləri üzrə direktor müavinləri Ş.Abasova, T.Hacıyeva, psixoloq G.Hüseynova və digər fənn müəllimləri, valideynlər iştirak etdi. Əvvəlcə fərqli ailə tiplərinin həyat tərzlərini əks etdirən videorolik izlənildi. Sonra məktəbin psixoloqu R.Ağayeva mövzu ətrafında maraqlı çıxış etdi. Seminarda səslənən məsələlərə valideynlər öz fikirləri ilə münasibət bildirdilər. Sonda məktəbin direktoru G.Rüstəmova çıxış edərək valideynləri məktəblə daha sıx əməkdaşlığa dəvət etdi.