Şagirdlərimiz Dünya kuboku qazanıb

Mayın 12-15-də İstanbulda VII beynəlxalq Türkiyə açıq çempionatı keçirilib. Azərbaycan Kikboksinq Federasiyasının bu ildən WAKO tərəfindən dünya kuboku sayılan bu yarışda kikboksinqin 6 versiyası üzrə mübarizə baş tutub. Turnirdə Azərbaycanın yeniyetmə, gənclər, böyüklər və veteranlardan ibarət komandaları mübarizə aparıb. Ümumilikdə,  ölkəmizin 107 idmançısı  bu turnirdə müxtəlif çəki dərəcələri üzrə qüvvəsini sınayıb. İstanbulda yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında keçirilən kikboksinq üzrə Dünya Kuboku sayılan VII "Turkish Open" beynəlxalq turnirində idmançılarımız uğurla çıxış edib və 49 medal qazanıb. Bunlardan 13-ü qızıl, 9-u gümüş və 27-si bürünc medal olub. Bu nəticə ilə Azərbaycan yarışda ən yaxşı nəticə göstərən 5-ci ölkə olub. Məktəbin 9b sinif şagirdi Məmmədov Nicat Zaur oğlu və 10ç sinif şagirdi İsgəndərli Sübhan Azər oğlu keçirilən turnirdə  iştirak edib və hər iki şagirdimiz yüksək nəticə göstərmişlər. S.İsgəndərli qızıl medal alaraq I yerə, N.Məmmədov isə gümüş medal alaraq II yerə layiq görülmüşlər. Şagirdlərimizin uğuruna sevinir, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi