“Təbiətdən incəsənətə”

Məktəbin direktor müavini X.Fərəcovanın təşkilatcılığı ilə “Təbiətdən incəsənətə” mövzusunda sinif rəhbəri R.Əsgərovanın rəhbərliyi altında 3ç sinfinin yaradıcı işlərinin təqdimatı keçirilib. "Həyat gözəldir, onu maraqlı edən isə canlı və cansız təbiətdir". Təbiətdəki hər nəsnənin həyatımızda rolu böyükdür. Bəzən bizə lazımsız görunənləri günümüzün ən gözəl parçalarına çevirə bilərik . Bunu bizə 3ç sinif şagirdləri öz təqdimatları ilə sübut etdilər.