Məktəbimiz eTwinning layihəsində

Məktəbin ibtidai sinif müəllimi Ayşən Əhmədova beynəlxalq layihə olan eTwinning-də məktəbimizi bir neçə layihə ilə təmsil edir:

"Gelecek bu mesleklerle gelecek" layihəsinin məzmunu müasir dövrdə texnologiyanın müxtəlif  peşə növlərinin yaranmasına səbəb olması ilə bağlıdır. Layihə şagirdlərə bu peşə növlərinin  aşılanması baxımından faydalıdır.

"Kids of the world" layihəsinin məzmunu müxtəlif ölkələrin mədəniyyətini tanıtmaqla bağlıdır. Şagirdlər bu layihədə bir çox ölkələrin adətləri, milli geyim və mətbəxləri, mahnıları ilə tanış olub yeni məlumatlar əldə ediblər.

"Dijital yerliler-Z kuşağı" layihəsi müasir dövrdə Z nəslinin xüsusiyyətləri,həyata  fərqli baxış mövqeyinin öyrənilməsi baxımından fərqlənir.

"Hem oynuyorum, hem de egleniyorum" layihəsi müxtəlif zəka oyunlarını müxtəlif dərslərdə inteqrasiya etməklə şagirdlərə öyrənilməsini təmin edir.

"weble eglendim, bakın neler ögrendim"  layihəsinin məqsədi müxtəlif web 2.0 alətlərindən istifadə etməklə maraqlı dərs nümunələri təqdim etməyi, keçilən fənlərə fərqli növ oyun proqramları ilə inteqrasiya təmin etməyi təşkil edir.

"Mimarca dokunuşlar"  layihəsinin məqsədi Türkiyədəki Selçuklu və Osmanlı memarlığına aid bir çox nümunələri şagirdlərə tanıtmaq, onlarda incəsənətin bu sahəsinə də maraq oyatmaqdan ibarətdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi