"Şuşa ili" ilə əlaqədar "44 günlük zəfər tariximiz" adlı dəyirmi masa keçirildi

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə 2022-ci il “Şuşa İli” elan edilmişdi. Bununla bağlı həyata keçiriləcək tədbirlərə dair Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə müvafiq olaraq məktəb üzrə Tədbirlər Planı hazırlanmışdı. 16.05.2022 tarixində məktəbin tarix müəllimi T.Səfərovanın təşkilatçılığı altında "Şuşa ili " ilə əlaqədar "44 günlük zəfər tariximiz " adlı dəyirmi masa keçirildi. Tədbir mövzuya aid slaydın nümayiş etdirilməsi ilə basladı.Tədbirdə T.Səfərova və 9a sinif şagirdləri 44 günlük müharibənin gedişi barəsində, eyni zamanda torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimiz haqqda geniş məlumat verdilər. Tədbirdə direktor müavini X.Fərəcova, kitabxana müdiri  İ.Mustafayeva, UBTR  Ə. Zeynalova, metodibirləşmə sədri  V.Səlimova və 9a sinif rəhbəri  S.Quliyeva  iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi