Təbiəti qoruyanlar layihəsi icra edilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 N-li əmri ilə təsdiq edilmiş Yaşıl layihə "Təbiəti qoruyanlar" adlı layihənin keçirilməsi ilə bağlı Tədbirlər Planına çərçivəsində həvəskar şagirdlərdən yaradılmış işçi qrupları məktəbin həyətində dekorativ gül kolları əkdilər. Həmin bitkilərə qulluq etmək və becərmək şagirdlərin xüsusi marağına səbəb olur.