Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmş tədbir keçirilib

Məktəbin illik Fəaliyyət Planının 1.3.27-ci bəndinə əsasən Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin uşaq və yeniyetmələr arasında geniş təbliği, Ulu Öndər Heydər Əliyev irsi ilə şagirdlərin yaxından tanış edilməsi məqsədilə mayın 7-də dəyirmi masa keçirildi. Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planına müvafiq olaraq direktor müavini X.Fərəcovanın təşkilatçılığı ilə keçirilən tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan sitatlar söyləyiblər. Sonra Ulu Öndərə həsr olunmuş videokadrlar nümayiş olunmuşdur.