"Yaşıl sinif"lərin yaradılmasına başlanılıb

Ümumtəhsil məktəblərində bir sinifin “Yaşıl sinif” adlandırılması məqsədilə həyata keçirilən layihə məktəbin kimya kabinetində reallaşdırılıb. Şagirdlər və müəllimlərin birgə səyi nəticəsində kabinet müxtəlif dekorativ bitkilərlə bəzədilmişdir. Məqsəd “Yaşıl sinf”lərdə ekoloji güşənin hazırlanması, dibçək güllərin əkilməsi və onlara qulluq edilməsidir. Şagirdlər üçün təhsil aldıqları sinif otağını yaşıla "boyamaq" çox maraqlı və əyləncəli olmuşdur.