Toxumların əkin üçün hazırlanmasına başlanılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmrinin icrasının təmin edilməsi məqsədilə şagirdlərdən ibarət işçi qrupu ilk olaraq toxumların əkin üçün hazırlanmasına başlamışdır. Bunun üçün seçilmiş toxumlar tərbiyə işləri üzrə direktor müavini X.Fərəcovanın rəhbərliyi altında su dolu qablara yerləşdirilib. Bu proses bir neçə işçi qrupu ilə müxtəlif məkanlarda icra edilib. Digər işçi qrup məktəbin biologiya müəllimi S.Abasovanın təlimatı əsasında toxumları əkinə hazırlayıb. Suda isladılmış toxumlar xüsusi qablara əkilib. Həmin bitkilər 20 gün sonra bostan üçün hazırlanmış ərazidə əkiləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi