Musiqi,Təsviri incəsənət və texnologiya aylığı keçirildi

31.03.2022 ci il tarixində məktəbdə musiqi, təsviri incəsənət və texnologiya aylığı keçirildi. Tədbirdə məktəbin direktoru, müavinlər, psixoloq və fənn müəllimləri iştirak etdilər. Tədbirin məqsədi “Milli mənəvi  irsimizin qoruyub,  gələcək nəsilə ötürülməsi idi. Tədbirdə Azərbaycan xalq rəssamlarının yaradıcılığından, bəstəkar və şairlərin yaradıcılığından söhbət acıldı. Qobustan qaya resuslarından bu yerə qədər gəlmiş müasir üslubda işlənmiş  rəsmlər sərgiləndi. Ana laylasından, müğamlarından bu günə qədər gəlib çatmış milli müsiqilərlə yanaşı estrada musiqisinə qədər söhbət açıldı. Məktəblilərin ifasında müxtəlif  bəstəkarların mahnıları dinlənildi. Milli geyimlərdə milli rəqslərimiz nümayiş etdirildi. Milli mənəvi  irsimizin baş tacı sayılan Azərbaycan Respublikasına da səyahət edildi. Azərbaycan xalqının qonaqpərvərliyindən  söhbət açıldı. Məktəbli qızlar çay süfrəsi  mədəniyyətini nümayiş etdirdilər. Milli geyimlərimizlə yanaşı, toxumalar, əl işləri tədbir boyunca öz əksini tapdı. Qarabağ müharibəsində şəhid olan  qəhrəmanlarımızın portretləri  çəkildi. Tədbirin sonunda məktəbin direktoru öz ürək sözləri ilə çıxış edərək şagirdlərə milli mədəni  irsimizi qoruyub, nəsildən nəsilə ötürülməsi və Azərbaycan mədəniyyət  tarixindən danışdı.  Öz məsləhət və təkliflərini bildirdi.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi