Bahar çələngli texnologiya dərsi

Məktəbin texnologiya müəllimi İradə Ağarzayeva 8-ci siniflərdə apardığı dərs şəkərburanın hazırlanmasına həsr edilib. Məqsəd xalqımızın qədim dövrlərdən bu günə qədər nəsillərdən nəsillərə ötürülmüş adət-ənənələrinin şagirdlərə öyrədilməsidir. Müəllimin tövsiyəsi ilə şəkərburanın hazırlanma qaydası şagirdlər tərəfindən praktik vərdişlər aşılanmaqla öyrənilib.