Bizim məktəbdədə “MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR” adlı tədbir keçirildi
Müstəqillik günü Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. Artıq bu hadisədən 25 il ötüb. Bizim məktəbdə də 18 Oktyabr Müstəqillik Günü ilə əlaqədar “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirildi. Tədbirdə məktəbin direktoru,müəllimlər, şagirdlər və valideynlər də iştirak etdi. Məktəbin direktoru Q.Rövşən çıxışında tariximizin bu şanlı səhifəsi haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Tədbirdə məktəbin şagirdləri tədbirlə bağlı şeirlər və mahnılar oxudular.