"Xocalı -susmayan yaddaş" adlı tədbir keçirilib
24.02.2022 ci il tarixdə məktəbin kitabxanasında 6ç sinif rəhbəri Məmmədəliyeva Nərmin və kitabxana müdiri İ.Mustafayevanın təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş "Xocalı -susmayan yaddaş" adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə hadisələri əks etdirən sənədli filmin nümayişi keçirildi. Direktor müavini X.Fərəcova, psixoloq G.Hüseynova və U.B.R.T. Ə.Zeynalova və 6ç sinif şagirdləri tədbirdə iştirak etdi.