" Ana dilimizi sevməliyik, qorumalıyıq"

21.02.2022-ci il tarixdə məktəbin ibtidai sinif müəllimi Qəmbərova Məhsəti 4 q sinif şagirdləri ilə " Ana dilimizi sevməliyik, qorumalıyıq" şüarı altında tədbir təşkil etmişdir. 4 q sinif şagirdləri tarixdən süzülüb gələn, inci qədər dəyərli Ana dilimiz haqqında fikirlərini tarixi şəxsiyyətlərin timsalında dilə gətirmişlər. Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Xurşidbanu Natəvan, Məmməd Əmin Rəsulzadə, Heydər Əliyev kimi tarixi şəxsiyyətlərin nümunəsində dilimizin saflığı, gözəlliyi barəsində dəyərli ifadələr səsləndirmiş, ibrətamiz kəlamlar dilə gətirmişlər. Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini X. Fərəcova, metodbirləsmə rəhbəri N. Qasımova iştirak etmişdir. Sonda "Xudayar təsnifi" ni səsləndirən şagirdlər Ana dilimizi qorumağın, Ana dilində düzgün yazıb, səlis danışmağın vacibliyini qeyd ediblər.