"Köhnə filmlərə yeni nəfəs"
15.02.22 tarixdə məktəbin "Kiçik Akademiya"sının prezidenti C.Yolçiyev, vitse-prezidenti A.Hüseynovanın təşkilatçılığı ilə "Köhnə filmlərə yeni nəfəs" adlı ədəbi-bədii layihənin təqdimatı keçirilib. Layihənin əsas məqsədi Azərbaycan kino sənətinin keçdiyi inkişaf yoluna nəzər salaraq şagirdlərin dünyagörüşünü artırmaq, onlarda milli-mənəvi dəyərlərimizə sevgi və hörmət hissi aşılamaqdan ibarət olmuşdur. Müsabiqədə VII-VIII siniflər, o cümlədən münsiflər heyəti kimi direktor müavinləri Ş.Abasova və X.Fərəcova, fənn müəllimləri S.Quliyeva, C.Yolçiyev, S.Babayeva, A.Hüseynova, A.Qənbərova, S.Rafaelqızı, UBR Ə.Zeynalova iştirak etdilər. Tədbir iki mərhələdə həyata keçirildi:
1-ci mərhələdə qədim Azərbaycan filmlərindən müəyyən fraqmentlər şagirdlər tərəfindən səhnələşdirildi. Hər sinfin müstəqil hazırladığı fraqmentlərin hansı filmə aid olduğunu digər siniflər təxmin etdilər. Bundan əlavə, şagirdlərin aktyorluq bacarığı da münsiflər heyəti tərəfindən dəyərləndirilmişdir. Ən çox təxmini və yüksək qiyməti alan siniflər 2-ci mərhələyə keçmək imkanı qazandılar.
2-ci mərhələdə toplanılmış 20-ə yaxın filmdən təqdim edilən fraqmentlər də şagirdlər tərəfindən təxmin edildi, ən çox doğru cavab verən sinif müsabiqənin qalibi elan edildi. Müsabiqənin qalibləri aşağıdakı siniflər olmuşdur:
I yer: 7b sinfi
II yer: 8a sinfi
III yer: 8c sinfi
Şagirdlərimizi təbrik edir, daha böyük nailiyyətlər arzulayırıq!