"Beynəlxalq Kitab Bağışlama Günü"

           14.02.2022- ci il tarixdə məktəbin ibtidai sinif müəllimi A.Əhmədovanın təşkilatçılığı  altında “Beynəlxalq Kitab Bağışıama Günü” münasibətilə dəyirmi masa təşkil edilmişdir.  A.Əhmədova kitab hədiyyə etməyin  insan üçün faydası, bu günün yaranma tarixi haqqında uşaqlarla müzakirələr aparmışdır. Dəyirmi masada məktəbin tərbiyyə işləri üzrə direktor müavini X.Fərəcova, kitabxana müdir İ.Mustafayeva, psixoloq G.Hüseynova və UBTR  Ə.Zeynalova iştirak etmişdir. Onlar bu günün əsas məqsədinin kitab hədiyyə etməklə insanların xoşbəxtliyinə səbəb olacaqlarını vurğulamışlar. Sonda uşaqlar bir-birlərinə kitab hədiyyə etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi