Beynəlxalq "Ana dili" günü

           Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi  T.Tağıyevin təşkilatçılığı ilə şagirdlərə “Ana dili Günü” ilə əlaqədar geniş məlumat verdi. Fevralın 21-i bütün dünyada ” Beynəlxalq  Ana Dili Günü”  kimi qeyd olunur. Ölkəmizdə  Ana dilinin  hər tərəfli  inkişafı, beynəlxalq münasibətlər  sisteminə yol tapması  Ulu Öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

    Hazırda bu ənənələri Prezident  İlham Əliyev uğurla  davam etdirməkdədir. Dövlətimizin başcısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”  2004-ci il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

    Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.  Sonda  V ci sinif şagirdləri “Öz ana dilini bilməyənlərə”, “Ana dili”, “Ana dilim ölən deyil” şeirlərini söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi