İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunmuş tədbir keçirilib

10.02.2022 tarixdə məktəbdə  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci ildə azərbaycançılığın elmi cəhətdən inkişaf etdirilməsində böyük əhəmiyyətə malik İrəvan Müəllimlər Seminariyasının 140 illiyi haqqında sərəncamın icrası ilə əlaqədar silsilə tədbirlər keçirilir. Direktor müavini X.Fərəcova, kitabxana müdiri İ.Mustafayeva və fənn müəllimi A.Hüseynovanın  iştirakı ilə şagirdlər arasında dəyirmi masa keçirildi. İrəvan Müəllimlər Seminariyasının milli maarifçilik mühitinin formalaşmasında mühüm rolu, seminariyanın, müəllimlərinin fəaliyyəti haqqında məlumat şagirdlərin diqqətinə çatdırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi