Şagirdlər Şəhidlər Xiyabanına və hərbi qənimətlər parkına səfər ediblər

16.01.22 tarixdə H.Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbin 7d sinif rəhbəri A.Hüseynovanın təşkilatçılığı ilə 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar 7d sinif şagirdləri, UBR Ə.Zeynalova və valideynlər Şəhidlər Xiyabanını ziyarət etdilər. Sinif rəhbəri A.Hüseynova şəhidlərimizin göstərdiyi qəhrəmanlıqlar barədə şagirdlərə məlumat vermiş, daha sonra simvolik olaraq, şəhidlərimizin əbədiyyən xalqın qəlbində yaşayacağı, onların qanının yerdə qalmadığını bildirmək üçün Hərbi Qənimətlər Parkına səfər edilmişdir.