Nazim Hikmətin 120 illiyi ilə əlaqədar dəyirmi masa keçirildi

17.01.22 tarixdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ramilə Məmmədovanın təşkilatçılığı ilə Nazim Hikmətin 120 illiyi ilə əlaqədar dəyirmi masa keçirildi.Tədbirdə tərbiyə işləri üzrə direktor müavini X.Fərəcova, kitabxana müdiri I.Mustafayeva, psixoloq G.Hüseynova, metodbirləşmə sədri S.Quliyeva iştirak etdilər. Məktəbin 8c sinif şagirdlərinin iştirakı ilə keçirilən dəyirmi masada şairin həyat və yaradıcılığı barədə söhbət aparıldı, divar qəzeti hazırlandı.Tədbirdə Nazim Hikmət haqqında slayd da nümayiş olundu.