Pedoqoji şuranın növbəti iclası keçirilib

25.12.2021-ci il tarixdə pedaqoji şuranın növbəti iclası keçirilib. İclasın gündəliyində fənn aylıqları və dərsdinləmələr barədə, həmçinin 9-cu sinif şagirdlərinin 10 dekabr 2021-ci il tarixdə keçirilmiş monitorinqinin nəticələri, ibtidai siniflərdə oxu və yazı bacarıqlarının yoxlanılması monitorinqlərinin nəticələri barədə nəticələrin hesabtları, bsq qiymətləndirmələrinə hazırlıq barədə təlimatlar yer alıb. Təlim-tərbiyə işləri üzrə direktor müavinləri müvafiq ardıcıllıqda hesabatları tədim etdilər. Məktəbin fəaliyyət planında nəzərdə tutulan tədbirlərin keçirilməsində fəal iştirak edən müəllimlər rəhbərlik tərəfindən təltif olundu. Sonda məktəbin direktoru G.Rüstəmova gündəlikdəki məsələləri ümumiləşdirərək, kollektivi qarşıdan gələn bayramlar münasibətilə təbrik etdi.