7 ci sinif şagirdləri arasında viktorina keçirilmişdir

Azərbaycanın aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar kitabxana müdiri İ.Mustafayevanın təşkilatçılığı ilə 7-ci sinif şagirdləri arasında viktorina keçirilmişdir. Bilik yarışmasında direktor müavinləri Ş.Abasova, X.Fərəcova və fənn müəllimləri A.Məlikəliyeva, A.Hüseynova və A.Qənbərovada iştirak etdilər.