Uşaq Hüquqları aylığı çərçivəsində dəyirmi masa keçirildi

26.11.2021 tarixində məktəbin ibtidai sinif müəllimi Ayşən Əhmədovanın rəhbərliyi ilə 4/D sinfində “Uşaq hüquqları” mövzusunda dəyirmi masa təşkil edilmişdir. Məktəbin tərbiyə işləri üzrə direktoru müavini X.Fərəcova, kitabxana müdiri İ.Mustafayeva, ibtidai siniflər üzrə metodbirləşmə rəhbəri N.Qasımova da tədbirdə iştirak etmişdir. Müəllim Uşaq Hüquqları Konvensiyası haqqında məlumat vermiş, şagirdlər uşaqların hüquqları ilə bağlı məlumatlarını bildirmiş, müzakirələrdə fəal şəkildə iştirak etmişlər. Sonra şagirdlər uşaqların hansı hallarda hüquqlarının pozulması barədə həyatdan nümunələr gətirməklə fikirlərini söyləmişlər. O cümlədən, Vətən müharibəsi zamanı uşaqların bir çox hüquqlarının pozulması xüsusilə vurğulanmışdır. Sonda şagirdlər mövzü ilə bağlı hazırladıqları divar qəzeti, video çarxı nümayiş etdirdilər.