Balaş Azəroğlunun 100 illik yubileyi ilə əlaqədar olaraq poeziya gecəsi keçirildi

Azərbaycan dili və ədəbiyyat metobirləşmə rəhbəri S.Quliyeva, kitabxana müdiri İ.Mustafayeva , tərbiyə işləri üzrə direktor müavini X.Fərəcova , UBTR Ə.Zeynalovanın təşkilatçılığı ilə Balaş Azəroğlunun 100 illik yubileyi ilə əlaqədar olaraq “Mən gəlmək istədim, gələ bilmədim; Elə hicran oldu, ayrılıq oldu” adlı poeziya gecəsi keçirildi. Gecənin sonunda B.Azəroğlunun şeirlərindən ibarət 6-9 cu sinif şagirdləri arasında şeir müsabiqəsi keçirildi. Tədbirdə ədəbiyyat müəllimlərindən T.Tağıyev, J.Əhmədova və S. Rəfail qızı iştirak etdilər. Sonda münsiflər tərəfindən müsabiqənin qalibləri müəyyənləşdirildi.
I yer Bayramlı Zeynəb
II yer Atababayeva Fəxricahan
II yer Quliyeva Gülnarə
III yer Rəhimova Məryəm
III yer Ağayeva Nərgizxanım