"Bayraq mənliyimdir, bayraq kimliyim" adlı tədbir keçirilib

        10.11.2021 ci il tarixində “Dövlət Bayrağı Günü”-nə həsr olunmuş “Azərbaycan Bayrağım” adlı tədbir keçirildi. 6-ci sinif şagirdlərinin təqdimatında nümayiş olunan tədbiri  Azərbaycan  Respublikasının Dövlət Himni və dalğalanan Dövlət bayraqları ilə açıq elan olundu. Aparıcılar Aslanlı Tutu və Səfəralıyev Rəşid Dövlət bayrağı haqqında tarixi faktlar səsləndirib, şagirdlərin ifasında mahnılara, şeirlərə söz verdilər.  Nuray  Rəhmanın  ifasında “Azərbaycan bayrağı” mahnısının sədaları altında “yallı” rəqsi, solist Hüseynov  Zahidin milli rəqsi  tədbiri izləyənlərə böyük ruh yüksəkliyi  bəxş  etdi. Azərbaycan bayrağı haqqında şeirlər bayrağımızın qüdrətini təcəssüm etdirdi. Sonra sinif rəhbərləri bayraq  haqqında Ulu Öndərin sözlərini səsləndirdilər. Tədbiri yekun sözüylə məktəbin direktoru  G.Rüstəmova bitirdi. Çıxışında tarix boyu Azərbaycan bayraqlarının  dövlətimizin rəmzi kimi dalğalanaraq, orduları qələbəyə, zəfərə aparan bir atribut olduğunu, Qarabağ döyüşlərində Azərbaycanın üçrəngli əzəmətli bayrağının  müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunan torpaqlarımızda dalğalanmasını qururverici bir hal olduğunu vurğuladı.

    Çıxışını:      Bayraq kimliyimdir, bayraq mənliyim

                     Bayraq öz yurduma öz hakimliyim sözləriylə bitirdi.

                     Yaşasın Azərbaycan!

                     Yaşasın Azərbaycan bayrağı!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi