"8 Noyabr-Zəfər Günü" adlı ümumməktəb tədbiri keçirildi

H.Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbin “Kiçik Akademiya”sı və Kürdəxanı qəsəbəsi “Mədəniyyət Evi”nin təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş “Zəfərimiz əbədidir” adlı təntənəli tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin Kiçik Akademiyasının rəhbəri Cabbar Yolçiyev Zəfər Gününün qeyd olunması barədə ətraflı məlumat verdi.Tədbirdə qəsəbənin Şəhid ailələri, Vətən Müharibəsi qaziləri və iştirakçıları, Kürdəxanı qəsəbəsi Mədəniyyət Evinin direktoru- Məmmədova Aygün, Kürdəxanı bələdiyyəsinin sədri - Məsimov Ağaəli, Məktəbin direktoru - Rüstəmova Gültəkin, Təlim-tərbiyə işləri üzrə direktor müavini - Abasova Şirinxanım və məktəbin pedaqoji heyəti iştirak etmişlər. Şagirdlər bir-birindən maraqlı ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, şeir və mahnı səsləndirdilər.Tədbirin sonunda iştirakçılarla birlikdə “8 Noyabr Zəfər Günü”nə həsr olunmuş muzeyə baxış keçirilib.