"Zəfər günü" ibtidai sinif şagirdlərimizin təqdimatında

Bu gün 03.11.2021- ci il tarixində ibtidai sinif müəllimi Yusubova Ayşənin təşkilatçılığı altında 2-ci sinif şagirdlərinin iştirakı ilə "8 Noyabr Zəfər tariximiz" adlı tədbir keçirilib. Tədbirdə məktəbin şagirdləri Qarabağımız haqqında şeirlər səsləndirib, məlumatlar söyləmiş, döyüş səhnələrinə aid ədəbi-bədii kompozisiya canlandırmışlar. Tədbirdə tarixi qələbəmizi əks etdirən videoçarx nümayiş olunub, şagirdlərimiz rəqs ifa ediblər. Tədbirdə məktəb rəhbərliyi də iştirak edirdi. Sonda söz məktəbin direktoru G.Rüstəmovaya verildi. O, çıxış edərək şagirdlərimizə Vətən müharibəsisndə qazanılmış Qələbənin əhəmiyyətindən danışdı və şagirdlərimizə tövsiyə etdi ki, qələbə gününü həmişə qürurla yad etsinlər.