" Lütfi Zadə " adına məktəblər arası I Məntiq Olimpiadası keçirildi
Bakı şəhəri üzrə Təhsil İdarəsi və İstək liseyinin birgə layihəsi olan " Lütfi Zadə " adına məktəblər arası I Məntiq Olimpiadası keçirilmişdir . V və VI siniflər arasında keçirilən olimpiadanın I mərhələsindən məktəbimizin 52 şagirdi iştirak etmişdir . 17 Şagirdimiz isə olimpiadanın final mərhələsinə keçmişdir . Şagirdlərimiz olimpiadanın final mərhələsində də uğurla istitak etmişlər. Belə ki , məktəbimizin " VI c " sinif şagirdi Ələsgərli Mədinə Namiq qızı 82.22 % nəticə göstərərək mükafatçılar sırasına düşmüşdür . Məktəbimizin rəhbərliyi adından Mədinə Ələsgərlini təbrik edirik , ona təhsilində uğurlar arzulayırıq.