"Anım günü" ilə əlaqədar tədbir keçirilib

2020-ci il 27 sentyabrda IIQarabağ - Vətən müharibəsinin başlanmasının "Anım günü" münasibətilə məktəbdə tədbir keçirilmişdir. Tədbirə döyüşlərdə iştirak etmiş məktəbimizin məzunları da dəvət olunmuşdu. Məktəbimizin 1a sinfinə Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş Anar İsrafilovun qızı Xədicə İsrafilzadə qəbul olunmuşdur. O və şəhidimizin həyat yoldaşı L.İsrafilzadə də tədbirdə iştirak edirdilər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Sonra tədbir proqramı iştirakşılara təqdim olundu. Tədbirdə Xədicə ata şeirini səsləndirdi. Şagirdlərimiz Qarabağda qəhrəmanlıq göstərmiş əsgərlərimizin şəninə yazılmış şeirlər səsləndirib, sonda isə "Xudayar təsnifi"ifa etdilər. Tədbirdə saat 12:00 da bütün kollektiv bir dəqiqəlik sükutla şəhidlərimizin ruhuna öz ehtiramını bildirdi. Sonda məktəbin direktoru G.Rüstəmova çıxış edərək "Anım günü" ilə bağlı tarixi faktları qısa şəkildə şərh etdi. Sonra söz tədbirə dəvət edilmiş qazilərimizə verildi. Onlar da öz növbəsində döyüşdə qazandıqları qələbədən fəxrlə danışıb, şagirdlərə öz tövsiyələrini verdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi