"Yay məktəbi"nin son günü
H.Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbdə "Yay məktəbi" nin son günü ilə əlaqədar tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Sonra məktəbin ibtida sinif müəllimi A.Əhmədova tədbiri açıq elan etdi. Məktəbin 6 Ç sinif şagirdi D.Nəsibova sazla "Çırpınırdı Qara dəniz", "Yanıq Kərəm", "Ruhani" ifaları ilə çıxış etdi. İbtida sinif şagirdləri "Sarı gəlin", "Uzundərə", "Rüstəmi" milli rəqsləri, həmçinin, " Dime-dime" , "Tune Maari Entryan" hind rəqsləri ilə davam etdilər. Tədbirin bədii hissəsi 4 D sinif şagirdi Cəlili Qönçənin gimnastik hərəkətlərlə rəqsi ilə başa çatdı. Sonda məktəbin direktoru G.Rüstəmova tədir iştirakçılarına "Yay məktəbi" ndə əldə edilən uğurlar barəsində məlumat verib şagirdlərin daha böyük müvəffəqiyyətlər əldə etmələrini arzuladı. Tədbir xatirə şəkilləri çəkilməklə yekunlaşdı..