"Gənc istedadların üzə çıxarılması və dəstəklənməsi" mövzusunda tədbir təşkil edilib

Məktəbin 6E sinif şagirdləri ilə "Gənc istedadların üzə çıxarılması və dəstəklənməsi" mövzusunda tədbir təşkil edilmişdir. Şagirdlər tərəfindən ölkə rəhbərliyinin istedadlı şəxslər üçün yaradılmış şərait haqqında məlumat verilib. Bundan əlavə, şagirdlər istedadlı şəxslərin necə üzə çıxarılması, onlar üçün ətrafda hansı maneələrin olması haqqında danışmışlar. Onlar gənc istedadlarla bağlı ölkə başçısının təyin etdiyi dövlət proqramının məzmunu barəsində də məlumat vermişlər.