112 nömrəli məktəb ilə birlikdə "Yay məktəbi" layihəsində

Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəb əməkdaşlıq məzmunlu "Yay məktəbi" mizin növbəti qonağı oldu. Qonaqlar sırasında məktəbin direktor müavini İ.Abdullazadə, müəllimlər- Y.Eminova, G.Əminova, D.Əhmədova, R.Ələkbərova, M.Ağazadə, G.Abuşova, Q.Aşumova, Z. Şahverdiyeva iştirak edirdi . Müəllimlərlə bərabər məktəbin ibtidai və V-VI sinif şagirdləri də qonağımız idi.
Bu görüşü təşkil etməkdə məqsəd məktəblərarası əməkdaşlığın gücləndirilməsi, şagirdlərin "Yay məktəbi" çərçivəsində əyləncəli, maraqlı gün keçirməklə birgə bilik və bacarıqlarını möhkəmləndirmək idi.
Əvvəlcə, 113 nömrəli məktəbin ibtidai sinif müəllimi A.Əhmədova şagirdləri məktəbin Nizami muzeyi ilə tanış etdi və eksponatlar barəsində geniş məlumat verdi. Sonra məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi  T.Tağıyev şagirdlərə dahi şair Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında məruzə oxudu. Qqonaqlara məktəbin ibtidai korpusunun "Yol hərəkəti qaydaları" guşəsində məktəbin Kiçik Akademiya rəhbəri Cabbar Yolçiyev yol hərəkəti qaydaları haqqında, əyani  şəkillər üzərində geniş izahlar verdi. Bundan sonra isə proqram elə həmin binanın ikinci mərtəbəsində salınmış "Zəfərimiz" və "Mənim nağıl dünyam" guşəsində davam etdi. Məktəbin ibtidai sinif müəllimi A.Əhmədova 44 günlük Qarabağ qələbəsi münasibəti ilə salınmış "Zəfərimiz " guşəsindəki eksponatlar, əl işləri vasitəsilə şagirdlərə bir daha Qarabağ uğrunda gedən Vətəh müharibəsində qaznılmış  qələbəni, Qarabağ mədəniyyətini xatırlatmış oldu.  Sonra isə şagirdlər nağıllar dünyasının  rəngarəng eksponatları  ilə bugünə kimi kitablardan, nənə-babalarından öyrəndiyi nağılları əyani şəkildə təsəvvürlərində canlandırdılar. 

Sonda isə "Yay məktəbi"  çərçivəsində həyata keçirilmiş görüşün xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi