Peşəyönümlü tövsiyələr verilib

Məktəbin IX-X Sinif şagirdləri ilə "Yay məktəbi" çərçivəsində "Ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında peşəyönümü ilə bağlı məlumatlandırma tədbirlərinin həyata keçirilməsi" mövzusu ilə bağlı dəyirmi masa təşkil edilmişdir. Məktəbin müəllimləri Ş.Məmmədova, G.Ağayeva, S.Əliyeva tərəfindən təşkil edilən tədbirdə şagirdlərin ixtisas-peşə seçimi ilə bağlı məlumatlandırıcı slayd nümayiş etdirilmişdir. Şagirdlərə gələcəkdə onlara öz maraq və məqsədlərinə uyğun peşə seçimləri ilə bağlı istiqamətləndirmə məqsədli məlumatlar verilmişdir. Sonda isə şagirdlər mövzu ətrafında fikir bildirmiş, arzuladıqları peşə sahələri haqqında danışmışlar.