Qonağımız 213 nömrəli tam orta məktəbdir

"Yay məktəbi" çərçivəsində H.Ağaverdiyev adına 113 nömrəli tam orta məktəb 213 nömrəli tam orta məktəbi qonaq etdi. Qonaqlar sırasında 213 nömrəli məktəbin VI sinif şagirdləri, həmçinin məktəbin riyaziyyat müəllimi Ülkər Əhmədova, təşkilati işlər üzrə direktor müavini İlhamə Əsgərova vardı.  Keçirilən bu görüşdə məqsəd məktəblərarası əməkdaşlığın daha geniş vüsət alması, "Yay məktəbi" çərçivəsində dərslərin uşaqlar üçün daha əyləncəli formada əyani şəkildə tədrisi, maraqlı dərs mühitinin yaradılması olmuşdur.  
Əvvəlcə 113 nömrəli məktəbin ibtidai sinif müəllimi Ayşən Əhmədova şagirdləri məktəbdə təşkil edilən Nizami muzeyi ilə tanış edib eksponatlar haqqında məlumat verdi.Sonra isə uşaqlar dahi şairin həyat və yaradıcılığını özündə əks etdirən ətraflı məlumatlar əldə etdilər. 113 nömrəli məktəbin Kiçik Akademiya rəhbəri, və fiziki tərbiyə müəllimi olan Cabbar Yolçiyev məktəbin ibtidai siniflər üçün salınmış yardımçı binasının birinci mərtəbəsində təşkil olunmuş  "Yol hərəkəti nişanları"na aid guşədə  şagirdləri əyani şəkildə nişanların mənaları ilə tanış etdi. 
Sonra isə məktəbin ibtidai sinif müəllimi Ayşən Əhmədova elə həmin binanın ikinci mərtəbəsində təşkil edilən "Mənim nağıl dünyam" və "Zəfərimiz" adlı guşələrlə yaradılmış muzeylərlə şagirdləri tanış etdi. Burada şagirdlər bu günə kimi öyrəndikləri nağılları rəngarəng əl işləri vasitəsilə əyani şəkildə izləmiş oldular. İgidlərimizin düşmən üzərində 44 günlük qələbəsi münasibəti ilə təşkil edilən "Zəfərimiz" guşəsində isə şagirdlər Qarabağ tarixini özündə əks etdirən əl işləri və eksponatlarla tanış oldular. Zəfər tariximiz haqqında şagirdlər biliklərini yeniləmiş oldular.
Daha sonra 113 nömrəli məktəbin riyaziyyat  müəllimi Paşayeva Kəmalə  şagirdləri qruplara bölərək asfalt üzərində rəngli təbaşırlərlə fiqurlar çəkməyi tapşırdı . Uşaqlar isə fiqurların perimetrini hesabladılar və müzakirə etdilər. 113 nömrəli məktəbin ingilis dili müəllimi Əliyeva Şəhla ingilis dilində şagirdlərlə özünütəqdimat formaları haqqında danışdı. Sonra isə məktəbin fiziki tərbiyə müəllimləri C.Yolçiyev, A.Məmmədov,  R.Abbasov məktəbin idman meydançasında şagirdlərlə mütəhərrik oyun və yarışlar keçirdilər və şagirdlərə şahmat oyununun qaydaları haqqında məlumat verildi. 
Sonda isə xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi