68 nömrəli məktəb qonağımız olub

H.Ağaverdiyev adına 113№li tam orta məktəbdə təşkil edilən “YAY MƏKTƏBİ” nin bu dəfə qonağı 68 nömrəli tam orta məktəbin coğrafiya müəllimi M. Surkova, Kiçik Akademiya rəhbəri N.Abasova, məktəb psixoloqu G.Həşimova idi. Təşkil edilən bu görüşdə  əsas məqsəd  məktəblər arasında əməkdaşlığın  inkişafı,  şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi olmuşdur. Məktəbin rus bölməsi üzrə 5-ci sinifləri qonaqlar arasında idi. Əvvəlcə, 113 nömrəli məktəbin Kiçik Akademiya rəhbəri Cabbar Yolçiyev şagirdləri məktəbin  Nizami muzeyi ilə tanış etdi, muzeydəki eksponatlar haqqında məlumat verdi. Sonra  məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi T. Nağızadə şagirdlərə Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında  danışdı.
Sonra qonaqlar  məktəbin ibtidai siniflər üçün salınmış yardımçı binasında təşkil edilən "Yol hərəkəti qaydaları" guşəsində oldular. Burada isə  məktəbin fiziki tərbiyə müəllimi G.Əzimova divarlarda əks olunan yol nişanları haqqında geniş məlumat verdi.
Daha sonra isə elə həmin binada salınmış "Mənim nağıl dünyam "  və "Zəfərimiz" adlı guşə ilə tanış oldular. Məktəbin ibtidai sinif müəllimi V.Babayeva şagirdlərə buradakı eksponatlar haqqında məlumat verdi. Şagirdlər nağıllar aləminin qəhrəmanlarını bu dəfə əyani şəkildə  müşahidə etdilər. Rəngarəngliyi ilə seçilən bu guşə şagirdlərin marağına səbəb oldu. Qarabağ zəfərini, Qarabağ mədəniyyətini özündə əks etdirən "Zəfərimiz" guşəsindəki əl işləri vasitəsilə şagirdlər bir daha həmin tarixi qələbəni xatırlamış oldular.

Daha sonra isə məktəbin idman meydançasında fiziki tərbiyə müəllimləri - A.Məmmədov, R.Abbasov və C.Yolçiyev müəllimlərin təşkilatçılığı ilə mütəhərrik oyunlar, o cümlədən, şahmat yarışı təşkil edildi. Sonda xatirə şəkilləri çəkildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi