"Gənclər arasında insan alveri və zorakılıq halları" mövzusunda maarifləndirmə tədbirləri keçirilib

"Yay məktəbi" çərçivəsində məktəbin IX-X sinif şagirdləri ilə "Təhsil müəssisələrində "Gənclər arasında insan alveri və zorakılıq halları" mövzusunda maarifləndirmə tədbirlərinin keçirilməsi" mövzusunda seminar təşkil edilmişdir. Seminarı giriş sözləri ilə açıq elan edən tərbiyə işləri üzrə müavin X.Fərəcova insanların hüquqlarının pozulması, zorakılıq hallarının geniş yayılması ilə bağlı fikirlərini səsləndirdi. İ.Mustafayeva və N.Əhmədova da mövzu ilə bağlı əlavə məlumatlar verdilər. Sonda isə şagirdlər mövzu ətrafında diskusiya etdilər.