"Son zəng" çalındı

Hər il qeyd edilən "Son zəng" tədbiri məktəbimizdə də həyata keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Sonra isə məktəbin direktoru G.Rüstəmova çıxış edərək  məzunlara xoş diləklərini bildirdi, onlara həyat yollarında uğurlar arzuladı. Tədbirdə iştirak edən Kürdəxanı qəsəbə  icra nümayəndəliyinin rəhbəri E.Hüseynov məzunlara vətənə xalqa xeyirli övlad olmağı tövsiyə etdi.  Sonra isə təlim tərbiyə işləri üzrə müavinlər Ş.Abasova, T.Hacıyeva, tərbiyə işləri üzrə direktor müavini X.Fərəcova və müəllimlər məzunlara xoş və səmimi arzularını bildirdilər. Tədbir məktəb rəhbərliyi tərəfindən buraxılış imtahanlarında 200-dən çox bal toplamış məzunların təltif edilmısi ilə davam etdi.  Sonda hər sinif qısa şəkildə öz proqramını təqdim etdi. Xatirə şəkillərinin çəkilməsi ilə tədbir başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi