Nizami muzeyində Nizami dərsləri-5

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi S.Rafaelqızının təşkilatçılığı ilə Xəmsəyə daxil olan 5-ci poema "İskəndərnamə" adlı dərs keçilib. Məktəbdə yaradılmış Nizami muzeyində keçirilən silsilə dərslərin davamı olaraq bu dərsdə də şagirdlər poema haqqında geniş məlumat əldə etdilər. Əyani vəsaitlərin əhatəsində müəllim tərəfindən izah edilən əsər şagirdlərdə Nizami dünyasına daha çox maraq yaratmışdır.