Nizami muzeyində Nizami dərsləri-2

Dahi şair Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə keçirilən silsilə dərslərdən ikincisi Xəmsəyə daxil olan "Xosrov və Şirin" poemasına həsr olunub. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi T.Tağıyevin təşkilatçılığı ilə Nizami muzeyində keçirilən dərsdə şagirdlər poema haqqında geniş müzakirə aparmışlar.