Direktoryanı müşavirə keçirilib

22.05.2021-ci il tarixdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, metodbirləşmə rəhbərləri və siniflər üzrə koordinatorlarının iştirakı ilə onlayn iclas keçirilib. 2020-2021-ci tədris ilinin ll yarımil yekun qiymətləndirmənin keçirilməsinə həsr edilmiş iclasda 2020-2021-ci dərs ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi və BŞTİ rəhbərliyinin yekun qiymətləndirmənin aparılmasına dair tələblərin yüksək səviyyədə keçirilməsi geniş şərh edildi. 2020-2021-ci tədris ilində məktəbin ll-Xl sinif şagirdlərinin yekun qiymətləndirilmələrinin tərtib edilmiş qrafiki iclas iştirakçılarının diqqətinə çatdırıldı. Bildirildi ki, II-IX siniflər üzrə distant keçilən fənlər, həmçinin X-XI siniflərdə bütün fənlər üzrə qiymətləndirmə cədvəlləri təsdiq olunub. Qiymətləndirmənin şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək üçün tədris ilinin əvvəlində yaradılmış işçi qrupuna müvafiq tövsiyələr verildi. Qiymətləndirmənin keçirildiyi dövrdə mövcud şəraitlə bağlı sanitar-gigiyena qaydalarına riayət edilməsi barədə şagird və müəllim kollektivinin maarifləndirilməsi barədə ciddi tapşırıqlar verildi. Şagird sayı 20 nəfərdən çox olan siniflərdə qiymətləndirmənin keçirilməsi qaydaları barədə, məktəb üzrə qiymətləndirmənin keçirilmə qaydaları, üsul və vasitələri barədə, qiymətləndirmənin jurnala yazılması, illik və yekun qiymətlərin çıxarılmasına dair tövsiyələr verildi. Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Ş.Abasova, T.Hacıyeva və K.Qiyasova mövzu ətrafında öz qeydlərini bildirdilər.
Qeyd olunan məsələlər barədə ətraflı məlumat verən məktəb direktoru G.Rüstəmova sonda iclas iştirakçılarının suallarını cavablandırdı.