"Bərk məişət tullantılarının idarə edilməsi" mövzusunda tədbir keçirilib

Məktəbin 5k sinif şagirdlərinin iştirakı ilə "Bərk məişət tullantılarının idarə edilməsi" mövzusunda tədbir keçirilib. Sinif rəhbəri G.Əliyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə şagirdlər Bərk məişət tullantılarının idarə edilməsinə dair Milli strategiya barədə danışmış, daşıma, toplama və zərərsizləşdirmə sisteminin idarə olunması məqsədilə qurulmuş ilkin informasiya bazası haqqında topladıqları məlumatları bölüşüblər. Təmiz şəhər layihəsinin nəticələri barədə geniş məlumat paylaşan şagirdlərimiz Balaxanıda yaradılmış yeni sistemdə təkrar emalın təşkili barədə də söhbət aparmışlar.