Əyani dərslər məktəbi yenidən canlandırdı

Əyani tədris qismən bərpa olunması ilə məktəb həyatı yenidən canlandı.

Mayın 17-dən Bakı şəhəri üzrə digər ümumi təhsil müəssisələrində olduğu kimi, 113 nömrəli məktəbdə də ibtidai və V-IX siniflərdə ənənəvi tədris qismən bərpa olunmuşdur. Bu gündən etibarən ümumi orta təhsil səviyyəsi üzrə tədris sanitar-gigiyenik tələblər nəzərə alınmaqla qismən ənənəvi formada təşkil olunub.

Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun tənzimlənir. Əyani tədris zamanı siniflər qruplara bölünür. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar təhsil müəssisələrinə daxil olan zaman müəllim və şagirdlərin hərarəti ölçülür, məktəblilər arasında sosial məsafənin qorunması təmin olunur. Məktəbin bütün heyəti mövcud qaydaların əməl olunmasına səfərbər olunub. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi