"Nizami dünyası" adlı müsabiqənin məktəb mərhələsi keçirilib

Bakı Şəhəri üzrə Təhsil ldarəsinin 26.04.2021-ci il tarixli F-100 nomrəli əmri ilə təsdiq edilmiş "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı "Nizami dünyası" adlı intellektual müsabiqənin məktəb mərhələsi keçirilmişdir. Müsabiqə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri tərəfindən təşkil olunmuşdur. Müsabiqənin sonunda ən yüksək bal toplamış məktəbin 9-cu sinif şagirdi şəhər turunda iştirak etmək üçün təyin edildi. Tədbirdə məktəb rəhbərliyi də iştirak edirdi.