Məktəbimiz Etwinning layihəsində

Məktəbimizdə həyata keçirilən layihələr içərisində Etwinning layihəsi şagirdlərimizin marağına səbəb olmuşdur. Məktəbin ibtidai sinif müəllimi A.Əhmədovanın təşkilatçılığı ilə bir sıra layihələr reallaşdırılmışdır.
"Deger Kat Hayata" layihəsinin məqsədi cəmiyyətdə uşağın düzgün formalaşması üçün onun ən yaxşı cəhətlərini ortaya qoymaqdır. Belə ki, şəxsiyyətin hər cəhətdən inkişafını təmin etmək; ona insan kamilliyinə nail olmağa kömək etmək; fərdi və cəmiyyəti pis əxlaqdan qorumaq və xilas etmək, onları gözəl əxlaqla təchiz etmək və davamlılığını təmin etmək və s.
"Dönüştür oyna" layihəsində məqsəd şagirdlərin pandemiya səbəbindən evdə çox cansıxıcı olduqları bu dövrdə həyatlarına bir az rəng qatmaqdır. Bu layihə ilə uşaqlar hər ay bir zəka oyunu öyrənir, evdə istifadə olunmayan materiallar ilə öz oyunlarını hazırlayıb və ailələri ilə xoş vaxt keçirirlər. Keçmişdə böyüklərinin oynadığı oyunları araşdıraraq keçmişi ilə əlaqə qura bilirlər.
"Benim oyunlarım " layihəsi oyun tədqiqatları üzərində qurulub. Əyləncəli və maarifləndirici kimi xüsusiyyətinin olduğu məlum olan oyunlar uşaqların əvəzolunmaz əyləncəsidir. Layihədə məqsəd müxtəlif oyun növlərini (sinif içi, həyət , texnoloji) öyrənmək və əylənərək oynamaqdır.
"Küçük şefin mutfağı" layihəsi - Pandemiya prosesi zamanı məktəblərin bağlandığı bu günlərdə layihəmizin məqsədi şagirdlərimizin fərdi ehtiyacları üçün tələb olunan inkişaf yollarını kəşf etmələrini təmin etməkdir. Bu layihə şagirdlərin yerli, o cümlədən , əcnəbi yemək növlərini öyrənmək və paylaşmaq istəyən 7-11 yaşlı şagirdləri əhatə edir. Məqsədimiz beş əsas qida qruplarını öyrətmək , şagirdləri məlumatlandırmaq və əyani formada həmin qidalardan istifadəni təbliğ etməkdir.