Mülki Müdafiə günü qeyd edilib

Məktəbimizdə 01.03.2021-ci il tarixdə Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbirlər keçirilib. İbtidai sinif müəllimləri "Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə" mövzusunda şagirdlərə geniş məlumat vermiş, mövzu ətrafında videoroliklər nümayiş etdirmişlər. Şagirdlər tərəfindən hazırlanmış stendlər və divar qəzetləri nümayiş etdirildikdən sonra şagirdlər əleyhqazlardan istifadə etməyi, ilkin tibbi yardım göstərməyi müəllimlərin nəzarəti altında məşq etdilər. Əhalinin mühafizəsi - Mülki Müdafiənin başlıca vəzifəsidir. Mülki müdafiə tədbirlərinin həyata keçirilməsində  şagirdlərə ilkin mühafizənin təşkil edilməsi və fövqəladə hallardan mühafizə sahəsində ilkin hazırlığın təmin edilməsinin aşılanması mühüm missiya daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi