Nizami Gəncəvinin yubileyinə həsr olunmuş dərslər keçirilir

Məktəbin 3b sinif şagirdlərinin iştirakı ilə dahi Nizaminin əsərlərinin rollu oyunlarda təqdimatı olmuşdur. Şagirdlər şairin əsərlərindən nümunələr hazırlamış və onların əsasında qurduqları səhnəciklərlə təqdimatı rəngləndirmişlər. Tədbirin keçirilməsinin əsas məqsədi Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi barədə imzaladığı Sərəncamın icrası, şagirdlərə dahi Nizami Gəncəvi sənətinin öyrədilməsi və tanıdılmasıdır. Z.İbrahimovanın təşkilatçılığı ilə onlayn formatda keçirilən tədbirdə şairin həyat yolu barədə məlumat verilmiş, videoçarxlar nümayiş olunmuşdur.
https://youtu.be/XMDbjdByI6g