Şagirdimiz Qarabağ qazisidir

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixli, F-512 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Təhsil Nazirliyinin 2020/2021-ci tədris ili üçün Fəaliyyət Planına əsasən 15.02.2021-ci il tarixində 7"a"” sinfində məktəbin UBTR Ə.Zeynalovanın təşkilatçılığı ilə “Vətən müharibəsi”ndə iştirak etmiş məktəbin məzunu Müzəffərov Xəyyam Teymur oğlu ilə görüş keçirildi. Görüşdə X.Müzəffərov şagirdlərin suallarına  cavab verərək Qarabağ müharibəsində yenilməz Azərbaycan ordusunun qazandığı uğurlardan, əsgərlərimizin igidliklərindən danışdı. 44 günlük Vətən müharibəsində Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı  hərbi əməliyyatlarda iştirak edərək Fizuli və Qubadlının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirmişdir. Onun qəhrəmanlığı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə yüksək qiymətləndirilmiş və bu səbəblə “Fizulinin azad olunmasına görə”  və "Qubadlının azad olunmasına görə"medalı ilə təltif edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi