Şagirdlərimizin oxu texnikası yoxlanılıb

Məktəbin illik fəaliyyət planının 1.1.2.7-ci bəndinə uyğun olaraq II-IV siniflərdə şagirdlərin oxu bacarıqları səviyyəsinin öyrənilməsi və qiymətləndirilməsinin təşkili məqsədi ilə  monitorinq keçirilib. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini K.Qiyasovanın başçılığı ilə ayrı-ayrı siniflərdə aparılan yoxlama zamanı məlum oldu ki, şagirdlər göstərilən normalara uyğun oxu texnikasına yiyələniblər. Lakin buna baxmayaraq II-IV siniflərdə normativi yerinə yetirməkdə çətinlik çəkən şagirdlər də olmuşdur. Bununla əlaqədar olaraq həmin siniflərin müəllimlərinə tapşırıldı ki, bu şagirdlərə xüsusi diqqət ayırsınlar. Monitorinqlərimiz davamlı olaraq aparılacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi